Elnarədən analara xəbərdarlıq - “Bu konfeti almayın”+Foto
Müğənni Elnarə Xəlilova valideynlərə xəbərdarlıq edib.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkədə “Booom!” konfetlərinin fotosunu paylaşan ifaçı oğlunun sinif yoldaşının həmin məhsuldan zəhərləndiyini yazıb:
“Bu konfetin satışı artıq məktəbdə dayandırıldı. Siz də almayın. Məlum olub ki,onun içində olan turş maddənin tərkibində kimyəvi maddə var və birbaşa beyinə təsir edir.Allah bütün balaları qorusun. Bu hadisə 2 gün əvvəl oğlumun sinif yoldaşının başına gəlmişdi. Uşaq bir gün reanimasiyada huşsuz vəziyyətdə qaldı. Onu şoka salmışdı. Uşaqlarınıza tapşırın bu konfetdən almasınlar”.