Dərc edilib: 23-11-2018

https://www.nuh.az/18022-.html

Mübariz Mədətov dünyasını dəyişdi

23.11.2018 15:23:48

Kriminal

"Xəzər Dəniz Gəmiçiliyi"nin sabiq sədr müavini Mübariz Mədətov dünyasın dəyişib.


 Unikal.org   xəbər verir ki, hadisə bu gün baş verib.

Xatırladaq ki, "Xəzər Dəniz Gəmiçiliyi"nin sədr müavini olmuş Mübariz Mədətovun oğlu Xalid Mədətov 4 il əvvəl sərxoş vəziyyətdə "Galendawagen" markalı avtomobillə qəza törətmiş, nəticədə tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölmüşdü.

Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilmişdi. O, cəzasını 3 ilini çəkdikdən sonra azadlığa buraxılıb.

Xatırladaq ki, sözügedən hadisədən iki gün sonra Mübariz Mədətov vəzifəsindən kənarlaşdırılmışdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib