ABŞ-da sinaqoqa atəş açıldı - 11 ölü
ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində naməlum şəxslər siaqoqa atəş açıblar.
“Qafqazinfo”nun “CBS Pittsburgh”a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 4 nəfər ölüb.
Ölü sayının 7 və ya 8 nəfərə çatacağı istisna edilmir.
Hücumçularla polislər arasında atışma başlayıb.
***
Yerli televiziya kanalı KDKA-nın mənbəyə istinadən məlumatına görə, insident nəticəsində ölənlərin sayı 11-ə yüksəlib, eləcə də xəsarət alanlar var.
Yaralılar arasında hüquq-mühafizə orqanlarının 3 əməkdaşı var.