"Lotu Quli"yə xüsusi ad günü hədiyyəsi (FOTO)
Kriminal avtoritet Nadir Səlifov (Lotu Quli) ad gününü qeyd edir.
baku.ws-un məlumatına görə, Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub.
"Lotu Quli" Instagram-da ona göndərilən tort hədiyyəsini paylaşıb. Tortun üzərində rus dilində "Qardaşlardan böyük qardaş Quli Bakinskaya - 100 yaşa" sözləri yazılıb.
Nadir Səlifov təbriklərə görə hər kəsə təşəkkür edib və sosial şəbəkədən onu izləyənlərə salam göndərib.
