Dərc edilib: 10-07-2018

https://www.nuh.az/16465-.html

Ermənistanda birdəfəlik plastik qablar qadağan edilir

10.07.2018 17:58:55

İdman

Ermənistanda birdəfəlik plastik qabların istifadəsi qadağan edilə bilər.


 “RİA Novosti”   xəbər verir ki, bu barədə ölkənin Təbiətin Mühafizəsi naziri Erik Qriqoryan məlumat verib. Onun sözlərinə görə, pilot layihə hələlik müəyyən bölgədə həyata keçiriləcək, daha sonra bütün Ermənistanı əhatə edəcək. Nazir onu da əlavə edib ki, qeyd edilən proses çərçivəsində sakinlərə toxuma paketlər paylanılacaq: “Birdəfəlik plastik qablara alternativ tapacağıq”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib