Dərc edilib: 05-07-2018

https://www.nuh.az/16410-.html

Aşıq Ələsgərin sonuncu nəvəsi vəfat etdi

05.07.2018 15:34:07

Mədəniyyət

Aşıq Ələsgərin sonuncu nəvəsi Aşıq Haqverdi Talıboğlu 88 yaşında vəfat edib.

 kult.az   xəbər verir ki, onun bu gün Göygöl məzarlığında doğmalarının yanında dəfn olunacağı açıqlanıb.
Qeyd edək ki, Aşıq Haqverdi Talıboğlu 1930-cu ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O, Aşıq Ələsgərin kiçik oğlu Talıbın övladı idi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib