Nazir Yavər Camalov vəfat etdi
Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yavər Camalov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Məlumatı mərhum nazirin ailəsinə yaxın mənbələr təsdiqləyib.
Qeyd edək ki, Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.
1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.1972 – 2006-cı illərdə neft sahəsi üzrə müxtəlif qurumlarda çalışıb.
Prezident İlham Əliyevin 18 mart 2006 - cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.
Evlidir, 3 oğlu var.
Allah rəhmət eləsin.