Dərc edilib: 23-06-2018

https://www.nuh.az/16260-.html

Bakı Zooparkı dəyişir: ərazisi böyüyür, yenidən qurulur

23.06.2018 14:48:47

Günün sitatı

Bakı Zooparkındə təmir-yenidənqurma işlərinə başlanılıb.
Bu barədə Bakı Zooparkının direktoru Azər HüseynovBAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda zooparka verilən əlavə 2 hektar ərazidə təmir işləri gedir.
"Həmin ərazidə işlər yekunlaşandan sonra heyvanlar yenidən qurulan yerlərə köçürüləcək. Bundan sonra zooparkın digər əraziləri təmir olunacaq. Bu zaman ola bilər ki, Bakı Zooparkı bir müddət vətəndaşların istifadəsi üçün bağlansın”, - deyə Azər Hüseynov bildirib.
Yenidənqurma işlərindən sonra Bakı Zooparkı tam fərqli görünüşdə vətəndaşların istismarında olacaq.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə və bəzi KİV-də Bakı Zooparkında heyvanların baxımsızlığı, bəzi heyvanların ölməsilə bağlı fikirlər səsləndirilir. Azər Hüseynov deyir ki, bu fikirlərin hamısı əsassızdır: "Hazırda heyvanlara yaxşı qulluq olunur. Bakı Zooparkının problemi yoxdur”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib