Dərc edilib: 15-06-2018

https://www.nuh.az/16181-.html

Leyla Əliyevadan bayram təbriki

15.06.2018 12:43:09

Hadisə

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏliyevaRamazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Qaynarinfo xəbər verir ki, L.Əliyeva bu barədə İnstaqram hesabında yazıb:
"Əziz dostlar, sizi Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Allah hamıya xoş günlər qismət eləsin. Arzu və diləklərinizə görə minnətdaram. Şərhlərdə şeirlər yazan izləyicilərimə minnətdaram. Bu, çox dəyərli və gözəldir. Hamıya xoşbəxtlik, cansalığı və sevgi dolu günlər arzu edirəm. Çox sağ olun".

NUH informasiya agentliyi səhifəsindən çap edilib