Dərc edilib: 14-06-2018

https://www.nuh.az/16170-.html

DİN-dən söyüş söyən generalla bağlı açıqlama

14.06.2018 14:37:11

Dünya

Xəbər verdiyimiz kimi general Ərziman Əliyev tərəfindən jurnalist Əli Cahangiroğlunun təhqir olunması cəmiyyətdə birmənalı qarşılanmayıb və hər kəs generalın qeyri-etik rəftarını pisləyir. Sosial şəbəkələrdə və informasiya resurslarında Ərziman Əliyev DİN-in yüksək vəzifəli məmuru kimi təqdim edilir.

 Unikal.org-a açıqlama verən Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə adıçəkilən polis general-mayorunun təqüdə göndərildiyini bildirib:
"Keçmiş Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyevi 2 il öncə vəzifəsindən kənarlaşdırıb. O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Ərziman Əliyev artıq pensionerdir. Özünüz də bilirsiz ki, neçə-neçə şəxslər Daxili İşlər orqanlarından təqüdə göndərilir. Pensiya müddətində isə o, adi şəxsdir. Ona görə də Ərziman Əliyev fərdi qaydada məsuliyyət daşıyır. İstənilən halda jurnalistlə bu cür rəftar xoşagələn hal deyil".

NUH informasiya agentliyi səhifəsindən çap edilib