Bu ölkədə qızlar üçün evlilik yaşı artırıldı
Yaponiya parlamenti yetkinlik yaşının 20-dən 18-ə endirilməsi barədə qanun layihəsini təsdiq edib.
“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, yeni qanun 2022-ci ilin aprelində qüvvəyə minəcək.
Bununla da 18 yaşına çatan gənclər ailə qura biləcəklər.
Qeyd edək ki, hazırki qanuna əsasən Yaponiyada oğlanların 18, qızların isə 16 yaşında evlənmələrinə də icazə verilir. Lakin, bunun üçün ailələri xüsusi icazəsi olmalıdır. Yeni qanunda isə qızlar üçün də qanuni evlilik yaşı 18-ə qaldırılacaq.