Dərc edilib: 02-06-2018

https://www.nuh.az/16039-.html

Rusiyada nə qədər azərbaycanlı var? Yeni siyahı açıqlandı

02.06.2018 15:00:36

Region

 

Rusiya demoqraflarının yeni hazırladıqları nəşrdə Rusiyada yaşayan keçmiş mütəffiq xalqlara mənsub insanların sayı ilə bağlı rəqəmlər yer alıb.
Qaynarinfo xəbər verir ki, həmvətənlərimizin 5-ci olduğu siyahıda ermənilər 3-cüdür. 
Bu siyahıya vətəndaşlığı olmayan, Rusiyada müvəqqəti əməkçi miqrant kimi yaşayanlar daxil deyil, yalnız daimi Rusiyada məskunlaşanlar salınıb:
 
 
Təqdim olunan statistikaya görə, müstəqillik illərində 15 keçmiş müttəffiq respublikadan 9-da əhali azalıb, 6-da artıb. 
1. Ruslar 111 milyon nəfər
2. Ukraynlar - 1.928 milyon nəfər
3. Ermənilər - 1.182 milyon nəfər
4. Qazaxlar 648 min nəfər
5. Azərbaycanlılar - 603 min nəfər
6. Beloruslar - 521 min nəfər
7. Özbəklər - 290 min nəfər
8. Taciklər - 200 min nəfər
9. Gürcülər - 158 min nəfər
10. Moldovanlar - 156 min nəfər
11. Qırğızlar - 103 min nəfər
12. Türkmənlər - 37 min nəfər
13. Litvalılar - 31 min nəfər
14. Latışlar - 19 min nəfər
15. Estonlar - 18
Qeyd edək ki, Rusiyada təxminən 3 milyon azərbaycanlının yaşadığı ehtimal edilir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib