General Vüsal Novruzov işdən çıxarıldı
Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov tutduğu vəzifədən azad edilib.
Bu barədə Gununsesi.info-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumatda qeyd olunur ki, generalla bağlı qərar bu gün səhər saatlarında verilib.