Məktəbdə zorlama hadisəsi AKSİYAYA SƏBƏB OLDU
Xəbər verdiyimiz kimi Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorla hadisəsi baş verib. Redaksiyamıza həmin orta məktəbin valideynləri müraciət edərək bildiriblər ki, məktəbin 1-ci sinif şagirdi 10-cu sinif şagirdlərinin cinsi təcavüzünə məruz qalıb.
BiG.AZ xəbər verir ki, zorlama hadisəsi ilə bağlı hazırda məktəbin ibtidai sinif şagirdlərin valideynləri məktəbin qarşısında aksiya keçirir. Direktorun şikayətlərinə baxmasını və həmin şagirdin dərhal məktəbdən qovularaq cəzalandırılmasını istəyirlər.
Qeyd edək ki, zorlanan 1-ci sinif şagirdi həmin məktəbin müəlliməsi Fəxrəndə Rəhimmovanın sinfində oxuyur.

