Türkiyədə sabiq müdafiə nazir öldürüldü
Türkiyənin keçmiş müdafiə naziri Ərcan Vuralxan İstanbulda öldürülüb.
“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, hadisə Fatih rayonunun Sirkəci səmtində baş verib.
Məlumata görə, Ə.Vuralxan kafedə K.Yüksel adlı şəxs tərəfindən bıçaqlanıb. Ağır xəsarət alan sabiq nazir vəfat edib. Cinayətkar isə saxlanılıb.
Hadisənin hansı səbəbdən törədildiyi bilinmir.
Qeyd edək ki, 64 yaşlı Ə.Vuralxan 1987-il dekabrın 21-dən 1989-cu il martın 30-dək Turqut Özalın hökumətində müdafiə naziri vəzifəsini tutub.