Dərc edilib: 12-01-2018

https://www.nuh.az/14407-.html

Vəfa Zeynallının başına iş gəldi

12.01.2018 10:12:19

Maqazin

Azərbaycanın əməkdar artisti Vəfa Zeynallının başına iş gəlib. “Qafqazinfo” xəbər verir ki, kino və teatr aktrisası yemək bişirərkən diqqətsiz davranıb və qolunu yandırıb. 

Bu barədə o, instaqram hesabında məlumat yayıb.  Qolu ciddi şəkildə zədələnən V. Zeynallı həkimə yox, kosmetoloqa müraciət edib 

42 yaşlı aktrisa qolunun fotosunu paylaşaraq yanıq ləkələrinin azaldığını bildirib:

“Evdə yemək bişirərkən qolumu fırında yandırdım. Bir neçə dəfə kosmetoloqa müraciət etmişəm. "MicroNeedling"  sistemi və "dermopen" edərək yoxladıq. Nəticə bir həftəyə göstərər”. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib