Dərc edilib: 03-01-2018

https://www.nuh.az/14257-.html

130 milyon illik dinozavr yumurtası tapıldı

03.01.2018 15:26:51

Maraqlı

Çində Yura dövrünə aid olduğu təxmin edilən 130 milyon illik dinozavr yumurtası aşkarlanıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, "Jiangxi" əyalətindəki "Ganzhou"da məktəb inşaatı zamanı aşkar olunan yumurtalara təməl atma zamanı istifadə olunmuş partlayıcılar zərər verməyib. 
İşçilər tapıntı barədə dərhal rəsmilərə məlumat veriblər.
Qeyd edək ki, ərazi "Oviraptorosauria" dinozavrlarının sıx yaşadığı yer kimi tanınır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib