Dərc edilib: 08-10-2017

https://www.nuh.az/12666-.html

Kral sarayı atəşə tutuldu: ölən və yaralanan var

08.10.2017 10:45:02

Maraqlı

Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən kral sarayına hücum olub.


"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, saraya hücum edən şəxs 28 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı olub. O, odlu silahla kral sarayına atəş açıb və nəticədə 2 mühafizəçi ölüb. 

Saray mühafizəçilərinin əks atəşindən sonra cinayətkar öldürülüb. Onun avtomobilindən bir ədəd "Kalaşnikov" avtomatı və sursat aşkar edilərək götürülüb.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib