ABŞ-ın eks-prezidentləri bir araya gəldi (
Sabiq ABŞ prezidentləri Barak Obama, Corc Buş və Bil Klinton Qolf Prezident Kubokunda ilk dəfə bir araya gəliblər.
"Qaynarinfo" "CNN"ə istinadən xəbər verir ki, sabiq prezidentlər Nyu Cersi şəhərində "Liberty National Golf Club"da yarışın açılışını həyata keçiriblər. Hər il 25 sentyabr və 1 oktyabr tarixlərində keçirilən yarışın açılış vuruşunu edən Obama, Buş və Klinton tamaşaçılardan böyük alqış alıblar.
Qeyd edək ki, yarış dünyanın müxtəlif ölkələrindən olan çox sayda məşhur idmançı, siyasətçi və biznesmenin də diqqətini çəkib.