“Reket” jurnalistlərin həbs müddəti uzadıldı
“Reket”likdə ittiham edilən jurnalistlərin həbs qətimkan tədbirinin müddəti uzadılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfovun barəsində həbs qətimkan tədbirinin müddətinin artırılması barədə müstəntiqin vəsatətinə baxılıb. Səbail rayon məhkəməsi vəsatəti təmin edib və hər iki şəxs daha 4 ay həbsdə qalacaq.
Qeyd edək ki, adıçəkilən şəxslər “MTN işi”ndən sonra Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıblar. Onlar əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etmək və hədə-qorxu ilə pul tələb etməkdə və gizli informasiyalar ittiham edilirlər. Cinayət işində 100-ə yaxın zərərçəkmiş şəxs var.
NUH.az