Ərdoğanla Tramp naharda söhbətləşdilər
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, R.T.Ərdoğan və D.Tramp BMT-nin baş katibi Antonio Quterreşin təşkil etdiyi ziyafətdə bir araya gəliblər. İki liderin birgə çəkilən fotoları türk liderin rəsmi tvitter hesabında yayımlanıb. Fotolara verilən şərhlərdə hər iki ölkə rəhbərinin tərcüməçi vasitəsilə xeyli söhbətləşdikləri qeyd edilib.
NUH.az