Çadranı qadağan etmək üçün imza kampaniyası başladı
İsveçrədə müsəlman qadınların geyindiyi və sifəti tamamilə örtən çadraların qadağan edilməsi üçün imza kampaniyası başlayıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, artıq 100 mindən çox imza toplanıb. İsveçrədə 100 mindən çox imza ilə hökümətə müraciət edilsə, referendum qərarı verilə bilər.
Avropada müzakirə mövzusu olan bu tip geyimlər radikal İslam simvolu və qadın hüquqlarını pozan vasitə hesab edilir.
Bu qanuna qarşı çıxanlar isə dini azadlıqlarına müdaxilə edildiyini deyir.
Qeyd edək ki, bəzi ölkələrdə belə geyimlər qadağan edilib. Son olaraq Fransa bu barədə qərar qəbul edib.
NUH.az