Dərc edilib: 16-09-2017

https://www.nuh.az/12189-.html

Jirinovski ermənilərin yanına getdi və...

16.09.2017 00:59:53

Region

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski erməni mallarının "Qızıl nar" yarmarkasında iştirak edib.

Virtualaz.org aysor.am-a istinadən bildirir ki, Moskva erməniləri qarşısında çıxış edən Vladimir Jirinovski Araratın (Ağrı dağı) Ermənistanın tərkibinə qaytarılması məsələsi ilə məşğul olmağa hazır olduğunu bildirib.

"Hər şeyi edəcəyəm ki, biz Kursk vağzalında Yerevan-Moskva qatarlarını qarşılaya bilək. Ona görə ki, Ermənistanda moskvalılar və bizdə ermənilər özlərini evlərindəki kimi hiss etsinlər, elə hiss yaranmasın ki, biz yadlarıq, üstəlik ermənilər rusca belə yaxşı danışırlar", — V.Jirinovski qeyd edib.

O həmçinin söz verib ki, erməni istehsalı olan malların Rusiya bazarına idxalının həcmini artırmaq üçün də əlindən gələni edəcək.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib