Dərc edilib: 14-09-2017

https://www.nuh.az/12152-.html

İcra başçısı Kərəm Həsənovu «vurdu»: «Onun marağının olduğunu eşitmişəm»

14.09.2017 23:33:26

Günün sitatı

Dünən mətbuatda "Oliqarxlar arasında zavod qovğası” adlı yazı gedib.


Məsələ ilə bağlı unikal.org-a danışan Daşkəsənin icra başçısı Əhəd Abıyev deyib ki, həqiqətən də zavod ətrafında qovğa var: "Daşkəsən Filiz Zavodunun işləməsi daşkəsənlilər üçün çox vacibdir. Çünki orada 3 minə yaxın insan çalışır və bu da əhalinin yaxşı yaşaması deməkdir. Rasim Məmmədovun orada tez-tez göründüyünü və işçilərə yardımlar etdiyini eşitmişəm”.

Zavodda məmurların maraqlarının olması ilə bağlı Ə.Abıyev bunları deyib:"Zavodda Kərəm Həsənovun və Elmar Vəliyevin maraqlarının olmasını mən də eşitmişəm . Amma mən icra başçısı kimi istərdim ki, zavoda Rasim Məmmədov rəhbərlik etsin. Çünki o istehsalatı yaxşı bilən mütəxəssisdir”.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib