Dərc edilib: 05-09-2017

https://www.nuh.az/12060-.html

“Tramp mənim arvadım deyil...” - Putin

05.09.2017 14:20:12

Region

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla bağlı verilən suala gülməli cavab verib.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, jurnalistlər rus liderdən Trampla bağlı məyusluq hissi yaşayıb-yaşamadığını soruşublar. O, isə bu sualı sadəlövh adlandırıb və “ümidsizlik və məyusluqdan söhbət gedə bilməz. O, mənim arvadım deyil, mən də onun arvadı, əri deyiləm. Biz dövlət işləri ilə məşğuluq. Hər bir ölkənin öz maraqları var. Donald Tramp fəaliyyətində öz ölkəsinin maraqlarını rəhbər tutur, mən də öz ölkəmin. Mən çox ümid edirəm ki, biz ikitərəfli problemlərin həllində hansısa güzəştlərə gedəcəyik”,-deyib.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib