Dərc edilib: 03-09-2017

https://www.nuh.az/12036-.html

“Sədərək”də kütləvi dava olub

03.09.2017 19:52:06

Hadisə

Bakı şəhər Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində kütləvi dava olub.


 Lent.az   xəbər verir ki, polisə müraciət edən 1985-ci il təvəllüdlü Hüseynquliyev Elçin Akif oğlu ticarət mərkəzində 4 nəfər tərəfindən döyüldüyünü bildirib.

O, hadisənin hansı səbəbdən baş verdiyini qeyd etməyib.

E.Hüseynquliyevin xəsarətinin dərəcəsini müəyyən etmək üçün ekspertiza təyin edilib. Araşdırma aparılır.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib