Dərc edilib: 01-09-2017

https://www.nuh.az/12021-.html

Bakıda iki sərnişin avtobusu toqquşdu - 11 yaralı

01.09.2017 10:12:36

Günün sitatı

Paytaxtın Sabunçu rayonunda iki sərnişin avtobusu toqquşub.


 Report   xəbər verir ki, Zabrat qəsəbəsində 173 və 98 saylı marşrut avtobusların toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.

Xəsarət alanların ikisinin vəziyyəti ağırdır. Onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. 

Hazırda yaralıların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdrıma aparılır.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib