Dərc edilib: 29-08-2017

https://www.nuh.az/11990-.html

Macarıstan prezidenti Vilayət Quliyevi təltif etdi

29.08.2017 23:30:52

Region

Macarıstan Prezidenti Yanoş Aderin imzaladığı fərmanla Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev yüksək hökumət mükafatı- “Xidmətlərə görə” ordeninin komandor dərəcəsi ilə (II dərəcə) təltif edilib.


 AzərTac   xəbər verir ki, bu barədə məlumat rəsmi hökumət bülletenində dərc olunub.

Səfir bu mükafata Macarıstan ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişafındakı səmərəli fəaliyyətinə görə layiq görülüb.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib