Dərc edilib: 27-08-2017

https://www.nuh.az/11960-.html

“Yanğın o qədər güclüdür ki, hadisə yerinə yaxınlaşa bilmirik...” - Baş həkim

27.08.2017 13:53:22

Hadisə

Hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.

Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov virtualaz.org-a onu da bildirib ki, hələlik təcili yardım briqadaları hadisə yerinə yaxınlaşa bilmir:

“Yanğın o qədər şiddətlidir ki, hərbi hissənin ərazisinə yaxınlaşmaq mümkün deyil. Bu səbəbdən hələlik yaralıların və ölənlərin olub-olmadığı haqda heç bir məlumat yoxdur. Gözləyirik”, - deyə baş həkim bildirib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib