Dərc edilib: 27-08-2017

https://www.nuh.az/11958-.html

Siyəzəndə silah anbarında güclü partlayış: Bakı-Quba yolu bağlandı

27.08.2017 10:42:40

Günün sitatı

Siyəzən rayonu yaxınlığında silah anbarında baş verən yanğın güclü partlayışlara səbəb olub.

Bu barədə oxu.Az-a hadisə şahidləri məlumat veriblər.

Əərazidən insanlar təxliyyə edilir. Bakı-Quba yolu tamamilə bağlanıb. 

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib