Dərc edilib: 26-08-2017

https://www.nuh.az/11950-.html

Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü

26.08.2017 13:48:58

Hadisə

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev Kürdəxanı təcridxanasına köçürülüb.

Bu barədə Virtualaz.org-a onun vəkili Fuad Ağayev məlumat verib.

Xatırladaq ki, daha əvvəl Yasamal Rayon Məhkəməsi Mehman Əliyev barəsində üç aylıq  həbs tədbiri seçib.

“Turan”ın  direktorunu 60 min manatdan yuxarı məbləğə vergi ödənişindən boyun qaçırmaqda, qanunsuz sahibkarlıqda və xidməti səlahiyyətlərdən sui-istifadədə ittiham edirlər.

 

    NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib