Hansı ölkədə nə qədər nüvə silahı var? - Siyahı
Aparılan araşdırmalara görə dünyada 14 995 nüvə silahı olduğu bildirilir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hər ölkə bu silaha sahib deyil.
Amma hansı ölkədə varsa digərlərinə ciddi təhdid yaratdığı göz önündədir. Super dövlətlər kiçik ölkələrə bu silaha sahib olmamaq üçün təzyiqlər də göstərirlər.
Bəs görəsən ən çox nüvə silahı hansı ölkədədir? Bu sualın cavabı aşağıdakı siyahıdadır.
Rusiya – 7000 ədəd
ABŞ – 6800 ədəd
Fransa – 300 ədəd
Çin – 270 ədəd
İngiltərə - 215 ədəd
Pakistan – 140 ədəd
Hindistan – 130 ədəd
İsrail – 80 ədəd
Şimali Koreya – 60 ədəd olduğu ehtimal edilir.
NUH.az