Dərc edilib: 04-08-2017

https://www.nuh.az/11841-.html

Vəhşi quşları qanunsuz saxlayanlar cərimələnib - Şamaxıda reyd

04.08.2017 13:12:03

Maraqlı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanat aləminin mühafizəsi haqqında” qanunların tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində növbəti reyd keçirilib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”yaverilən məlumata görə, Şamaxı rayonu ərazisində keçirilən reyd zamanı “Sevinc” kafesində qəfəsdə 2 şahin və 1 qırqovul quşlarının saxlanıldığı aşkar edilib. Araşdırma zamanı quşların vəhşi təbiətdən qanunsuz götürülərək saxlanıldığı məlum olub. Faktla bağlı kafenin inzibatçısı Hafiz Behdiyev barəsində protokol tərtib edilib.

İnzibati xəta törətdiyinə görə H.Behdiyev 500 manat məbləğində cərimə olunub və quşlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Quşlar baytar həkimlərin nəzarəti altında müayinə olunaraq reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib