Dərc edilib: 01-08-2017

https://www.nuh.az/11795-.html

Qəmbərovlar ailəsini kriminal aləmin “dəli Mübariz”i öldürüb

01.08.2017 11:52:09

Hadisə

Hacıqabulda evə basqın edərək Qəmbərovlar ailəsinin 4 üzvünü qətlə yetirən Mübariz Mehdiyev psixi xəstəlikdən əziyyət çəkirmiş. 

 

Bu barədə Virtualaz.org-a onu şəxsən tanıyan şəxslər məlumat veriblər. 

Onların sözlərinə görə, M.Mehdiyev kriminal aləmdə “dəli Mübariz” ləqəbi ilə xüsusi nüfuz sahibi olub. Psixi xəstəlikdən əziyyət çəkdiyindən hətta, 1993-cü ildə Salyan rayonunun Şorsulu kəndində yerləşən rayonlararası nevroloji xəstəxanaya da yerləşdirilibmiş.

Rayon sakinlərinin sözlərinə görə, Mübariz Mehdiyev gəncliyində imkanlı ailənin övladı olub, sovet dövründə atası Hacıqabulda məsul vəzifədə çalışırmış. 
Hətta M. Mehdiyevin "oturub-durduğu" şəxslərin bir çoxu  Moskvada azərbaycanlılar arasında baş vermiş "razborka"ların iştirakçısı və qurbanı olublar.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib