Dərc edilib: 31-07-2017

https://www.nuh.az/11783-.html

Yanan binaya görə tutulan şirkət rəhbərinin səhhəti pisləşib

31.07.2017 16:12:06

Kriminal

Bu gün Bakı Apellyasiya Məhkəməsində 2015-ci il mayın 19-da Azadlıq prospektindəki binada 15 nəfərin ölümü ilə nəticələnən yanğına görə təqsirləndirilən şəxslərin barələrindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən biri, “Global Construction” və “Global Stone”şirkətlərinin təsisçisi Miryusif Mahmudov iştirak etməyib. Onun səhhətinə problem olduğu üçün Penitensiar Xidmət əməkdaşları tərəfindən məhkəməyə gətirilməyib. Buna görə də iclas təxirə salınıb, proses sentyabrın 14-də davam etdiriləcək.

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib