Alla Puqaçeva Bakıda oğurlandı
Dünyaca məşhur sənətçi Alla Puqaçeva barəsində həmişə müxtəlif əfsanələr dolaşıb.
Əlbəttə, bu əfsanələrin içərisində həqiqət payı olanlar da az deyil.
Məlumatlı mənbənin NUH.az-a dediyinə görə, 1975-ci ildə Alla Puqaçevanın Bakıdakı konsertindən sonra
onu ozamankı məşhur "Atəşgah" restoranına dəvət edirlər.
Suraxanıda yerləşən bu restoran o dövr üçün çox nüfuzlu bir istirahət yeri idi.
Mənbə NUH.az-a bildirib ki, konsertdən sonra Alla Puqaçeva "Atəşgah"da istirahət etməli olur.
Amma "Atəşgah"ın direktorunun 19 yaşlı oğlu Alla Puqaçevanı "oğurlayır".
Məsələ Mərkəzi Komitəyə çatdırılır, hətta işə Az.SSR-in ozamankı birinci katibi Heydər Əliyev qarışır.
Və nəhayət Alla Puqaşeva ilə "Atəşgah" direktorunun oğlu Şamaxıda tapılır.
Səhəri günü "Atəşgah"ın Ağdamdan olan direktoru vəzifəsindən azad edilir.
P.S. Deməli, məmur balaları sovet dövründə də bərk gedirmişlər.