Dərc edilib: 30-07-2017

https://www.nuh.az/11756-.html

Azərbaycanda 6 günlük körpəni oğurlayıb öldürdülər - Meyiti quyuda tapıldı

30.07.2017 12:54:20

Günün sitatı

Lənkəranda  6 günlük körpə öldürülərək quyuya atılıb.
 
APA-nın    verdiyi məlumata görə, hadisə Darquba kəndində qeydə alınıb.
 
Altı günlük Mələk Şaiq qızı Nurullayeva 5 gün əvvəl səhər saatlarında oğurlanıb. Yuxudan oyanan qadın körpəni görmədiyindən yaxınlarını xəbərdar edib, ailə üzvləri bu barədə polisə məlumat veriblər. Hadisə zamanı evdə qaynana və körpənin atası da olub. Bir neçə gündür oğurlanan körpənin cəsədi  bu gün quyuda aşkar edilib.
 
Quyudan çıxarılan körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.
 
Qeyd edək ki, M.Nurullayeva ailənin ikinci qız övladı olub.

 

   NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib