Dərc edilib: 29-07-2017

https://www.nuh.az/11742-.html

Nazir oğlu Qusarda polis rəisini güllələdi

29.07.2017 14:21:45

Cəmiyyət

Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevin oğlu, Binəqədidə mühafizə polisinin rəisi olan Samir Xanbabayevi Qusarda güllə ilə vurublar.

 Onu nazirlərdən birinin oğlu güllə ilə vurub. Samir Xanbabayevi Qusar rayon xəstəxanasına çatdırıblar. Yaralının durumu ilə bağlı xəbəri dəqiqləşdirə bilmədik. “Azadlıq”a məlumat verən şəxs iddia edir ki, onun Nabranda hansısa nazir oğlu ilə mübahisəsi düşüb, mübahisə gərginləşib və sonda güllə ilə danışmağa başlayıblar. azadliq.info

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib