Sabiq Baş nazir Surət Hüseynovun YENİ FOTOLARI
Xalq arasında daha çox “qiyamçı polkovnik” kimi tanınan sabiq baş nazir Surət Hüseynov sosial şəbəkələrdə görünməyə başlayıb.
Facebook-da özünə hesab açan sabiq baş nazir yeni fotolarını da izləyiciləri üçün paylaşıb.
Fotolara diqqət edərkən Surət Hüseynovun xeyli dəyişdiyi, xüsusilə, saçlarının ağardığı görünür. Hətta Surət Hüseynovun indiki Baş nazir Artur Rasi-Zadədən də qoca olduğu hiss edilir.
Qeyd edək ki, Sürət Hüseynov 1993-cü ildə Azərbaycanda baş vermiş Gəncə qiyamının rəhbəridir. O zaman korpus komandiri olmuş S.Hüseynov Milli Qəhrəman adına da layiq görürülüb. Qiyam nəticəsində baş nazir təyin olunan S. Hüseynov 2 il sonra -1995-ci ildə daha bir dövlət çevrilişinə cəhddə ittiham olunaraq vəzifədən azad edilib. Moskvaya qaçan eks -baş nazir 1997-ci ildə Azərbaycana gətirilib. Məhkəmə ona cəza kəsib.
Həbsdən çıxdıqdan sonra S.Hüseynov Azərbaycanda yaşamır. Onun Türkiyədə yaşadığı və bizneslə məşğul olduğu bildirilir.
Enter.News Sürət Hüseynovun fotolarını təqdim edir: