Dövlət narkomanlara narkotik paylayacaq - Qanun
İran parlamenti nartotik asılılarına narkotik maddələrin dövlət tərəfindən paylanmasını nəzərdə tutan qanun layihəsini təsdiq edib.
Axar.az xəbər verir ki, bu barədə İran parlamentinin deputatı Həsən Novruzi jurnalistlərə açıqlama verib.
Açıqlamada bununla narkotik asılılarının alverçilərin tələsinə düşməsinin qarşısının alınacağı bildirilib. Dövlət onların ehtiyaclarını aradan qaldırmaqla bərabər, həm də yavaş-yavaş bu asılılıqdan xilas olmaları üçün tədbirlər görəcək.
Qeyd edək ki, İran parlamenti narkotik alverçilərinə qarşı ölüm hökmünü ləğv etməsi haqqında yeni qərar da qəbul edib.
NUH.az