Dərc edilib: 23-07-2017

https://www.nuh.az/11637-.html

İstifadəsiz qalan nəhəng hərbi qarnizonun son görüntüləri (FOTOLAR)

23.07.2017 00:30:42

Hadisə

Sovet hakimiyyəti dövründə Sakit okean sahilində yerləşən Kamçatka yarımadasında inşa edilən hərbi qarnizon hazırda turistlərin ziyarət elədiyi yerə çevrilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Nikita Xruşşovun dövründə 1960-cı ildə dənizaltı birliklərin yerləşdirilməsi üçün tikilən qarnizon 1996-cı ildə fəaliyyətini dayandırıb. 20 ildir istifadəsiz qalan tikililər turistlərin diqqətini xüsusilə cəlb edir və hər il çox sayda insan buranı ziyarət edir. Əraziyə ancaq gəmi və helikopterlə gəlmək mümkündür.

Hərbi sirr olduğu üçün xəritədə yer almayan bölgəni kəşf etmək 20 ildən çox vaxt alıb.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib