Putin prezident seçkilərində iştirak edəcək? - Açıqlama
“2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyimlə bağlı hələ ki, qərar verməmişəm”.
“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
“Prezident postunda işimi davam etdirməliyəmmi? Bununla bağlı qərar verməmişəm. Seçki kampaniyasının başlamasına hələ vaxt var, düşünəcəm”, - deyə Rusiya lideri söyləyib.
NUH.az