Əliyev “Azadlıq” abidəsini ziyarət etdi
Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Raymonds Veyonis Riqa şəhərindəki “Azadlıq” abidəsini ziyarət ediblər.
"Qafqazinfo" xəbər verir ki, abidənin ucaldıldığı mərkəzi meydanda fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlət başçıları abidənin önünə əklil qoyublar, Latviyanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.
Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirilib.
NUH.az
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəm