Nəcməddin Sadıqov və erməni genaral - FOTO
Tanınmış hərbi ekspert Üzeyir Cəfərli facebook sosial şəbəkəsində maraqlı bir şəkil paylaşıb. Aşağıda təqdim etdiyimiz şəklin yanında isə ekspert bu statusu yazıb: «Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, adı olub özü görünməyən general-polkovnik Nəcməddin Sadıqov və... İkinci şəxsin kimliyini tapana mükafat vəd edirəm! Hərbiçilər bu «konkursda» iştirak etmirlər...
Sizi çox intizarda saxlamayım: Bu şəxs Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş general-polkovnik Mikael Arutyunyandır! Azərbaycan ordusu, onun problem və çətinlikləri, bəzi məsələlərin düşmən əlində olması səbəblərini axtaranların düşünməsi üçün mövzu təklif edirəm...»
Qeyd edək ki, foto NATO-nun saytından götürülüb və çox guman ki, elə bu Alyansın tədbirlərindən birində çəkilib. Arutyunyan hazırda Ermənistan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisidir.