Dərc edilib: 14-07-2017

https://www.nuh.az/11502-.html

Azərbaycanda vəzifəli şəxs özünü öldürdü

14.07.2017 12:38:05

Hadisə

Şəkidə bələdiyyə sədri özünü asıb.


 APA   xəbər verir ki, Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyiti kənd ərazisində köhnə tikilidə asılmış vəziyyətdə tapılıb. 1971-ci il təvəllüdlü F. Rüstəmov evli olub, iki övladı var.

 Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

 Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət içi başlayıb, araşdırma aparılır. 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib