Dərc edilib: 12-07-2017

https://www.nuh.az/11472-.html

Yunusları gətirmək üçün polisə 1 ay vaxt verilib

12.07.2017 20:21:36

Günün sitatı

Bu gün Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun məhkəmə prosesi keçirilib.

 

  "Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Mirpaşa Hüseynovun icraatında olan prosesdə məlum olub ki, 2 ay öncə təqsirləndirilən şəxslər haqda çıxarılan məcburi gətirilmə qərarı ilə bağlı Yasamal Rayon Polis İdarəsindən hər hansı cavab gəlməyib. Buna görə də polisə daha bir ay vaxt verilib. Məhkəmə prosesi iyulun 9-da davam etdiriləcək. Qeyd edək ki, Leyla və Arif Yunuslar 2014-cü ilin iyununda həbs olunublar. 2015-ci ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib. Həmin ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişib, Yunuslar şərti cəza ilə həbsdən buraxılıb. Sağlıq problemləri olan Yunusların müalicə məqsədi ilə xaricə getməsinə icazə verilib. Sonradan Ali Məhkəmə apellyasiya instansiyasının bu qərarını ləğv edib və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Yunuslar hazırda Avropada yaşyırlar.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib