Dərc edilib: 12-07-2017

https://www.nuh.az/11463-.html

Orucovun xuliqanlıq edən oğlunun - Fotoları

12.07.2017 14:57:26

Cəmiyyət

Atası Novruzəli Orucovun işdən çıxarılmasına səbəb olan Rüstəm Orucovun dəbdəbəli həyatını əks etdirən fotoları yayılıb.


"Qafqazinfo" xəbər verir ki, gənc Orucov hadisə zamanı idarə etdiyi  10-OG-300 nömrəli "BMW" ilə də fotolarını paylaşıb. 

Xatırladaq ki, iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirən sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olmuş, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

 

 








 

NUH informasiya agentliyi səhifəsindən çap edilib