Alman hərbçilər “İncirlik”dən çıxarılır - KİV
Almaniya hərbi kontingentini Türkiyənin “İncirlik” aviabazasından çıxarmağa başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayın.
İlk növbədə Türkiyədən yanacaqdoldurma təyyarələri, sonra isə “Tornado” kəşfiyyatçılar-bombardmançıları çıxarılacaq. Hərbi təyyarələrin İordaniyaya yerləşdiriləcəyi artıq məlumdur.
Nəşrin məlumatına görə, “Tornado”lar Türkiyədən iyulun sonuna qədər çıxarılacaq.
Bu vaxta qədər “İncirlik” bazasında İŞİD-lə mübarizə çərçivəsində 260 alman əsgəri xidmət edib.
NUH.az