Prezident naziri işdən qovdu
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Tikinti və Memarlıq nazirini işdən çıxarıb.
“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, nazir Çarı Ataev işində ciddi nöqsanlara yol verdiyinə görə vəzifədən uzaqlaşdırılıb. İstefa barədə fərman verən Berdiməhəmmədov "Türkmənistanda rüşvətə heç vaxt yer olmayacaq"-deyib.
Bildirilir ki, nazirin yaxın adamları rüşvət alıb, qanunsuz hərəkətlərə yol verib. Onları buna Ataev sövq edib.
NUH.az