Dərc edilib: 06-07-2017

https://www.nuh.az/11367-.html

Deputatın yaxın qohumları qəzada öldü

06.07.2017 13:32:54

Günün sitatı

Bakı- Ələt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslər Milli Məclis üzvünün qohumlarıdır.


 APA-nın  məlumatına görə, həmin yol-nəqliyyat qəzasında ölən Rövşən və Üzeyir Hacızadələr deputat Şəmsəddin Hacıyevin qardaşının nəvələridir.

Qeyd edək ki, iyulun 5-də saat 23:00 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakini Rövşən Hacızadə idarə etdiyi "Daevo" markalı avtomobili yolun kənarında dayanmış "Şaqman" markalı yük avtomobilinə vurub. Nəticədə R. Hacızadə və sərnişinləri - qardaşı Üzeyir, paytaxt sakini Həsən Həsənov ölüb, digər 1 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib